Misli Premyer Liqasının XXV turunda keçirilən "Sabah" - "Araz-Naxçıvan" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Maraqlı, dinamik oyun izlədik. Hər iki komanda hücumda kreativlik göstərdi. Futbolçuların çıxışından razı qaldım. Yaxşı oynadıq və bir xal qazandıq, yolumuza davam edirik.

Komandamız enişdə deyil. Ötən həftə Azərbaycan kubokunda "Zirə"ni məğlub edib yarımfinala vəsiqə qazandıq. Möhkəm komandamız var. Sadəcə, zədəli futbolçularımız çoxdur. Onların dönüşündən sonra hücumda daha kəsərli olacağıq".